!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konqodakı qarşıdurmanın İKİNCİ PƏRDƏSİ: “İmperialist maraqların toqquşması qaçılmaz olub”

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında döyüşlər davam edir.

Yeni dünya nizamının qurulacağı iddia edilən 2025-in ilk müharibə ocağında nələr baş verir? Amerikanın yeni prezidentinin bu müharibədə rolu nə olacaq?

Bu sualları Yenicag.az  üçün politoloq Aytən Qurbanova cavablandırıb. O düşünür ki, bu müharibə uzun çəkməyəcək:

 

“Konqoda növbəti dəfə üsyanın başlaması dünyanın diqqətinin yenidən Şərqi Afrikaya yönləndirilməsinə səbəb olub. Xüsusilə də beynəlxalq sistemə sülh və sabitlik vədi ilə ikinci prezidentlik dönəminə başlayan Trampın fəaliyyətinin ilk günlərində belə üsyanın baş verməsi hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ehtimalları yenidən gündəmə gətirmiş oldu. İlk olaraq onu qeyd edək ki, təxminən bir il əvvəl, 2023-cü ilin mart ayında Konqoda “23 mart” hərəkatının bənzər üsyanı baş verdiyi zaman da kifayət qədər çox müzakirələrə səbəb olmuşdu. Çünki Konqo və Ruanda dünyanın ən böyük iki tantal tədarükçüsü hesab olunur. Müasir dövrdə bu element bir çox istehsal sahələrində mühüm əhəmiyyət kəsb edir. Ona görə də, fərqli mərhələlərdə bu bölgədə imperialist maraqların toqquşması qaçılmaz olub”.

Politoloq tərəflərin danışığa gedəcəyini istisna etmir:

“Amma istənilən halda bu ərazidə nisbi sabitliyin olması və nəzarətin təmin edilməsi qlobal güclərin hər zaman marağında olub. İndiki məqamda isə üsyançılar ticarət yollarına nəzarəti ələ keçirərək qiymətli metalların daşınmasının qarşısını almaqla bağlı təhdidlər səsləndirirlər və bu maraqlı tərəflər üçün proseslərə müdaxiləni zəruri edən əsas amil ola bilər. Verilən bəyanatlar da onu göstərir ki, artıq Ruanda ilə danışıqlar başlayıb və bu istiqamətdə əməkdaşlıq imkanları dəyərləndirilir. Düşünürəm ki, qısa müddətdə üsyançılarla razılıq əldə olunması ehtimalı istisna edilməməlidir”.

Nurlan Cəfəri

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv