Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada öldü

media-hightechnic-468x90

Ağdaşda 3 həftə əvvəl avtomobil tərəfindən vurulan piyada  xəstəxanada ölüb.

media-banner_tuq

“Yenicag.az”ın məlumatına görə, piyadanın ağır xəsarət alması ilə  nəticələnən hadisə ötən il dekabr ayının  29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində baş verib.

Belə ki, Tərlan Məmmədov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vuraraq ona çoxsaylı bədən xəsarətlıri yetirib.

Xəstəxanaya yerləşdirilmiş O.Əsədov  həkimlərin cəhdlərinə baxmayaraq orada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05