Koronavirus bir gündə 683 can aldı – İtaliyada

İtaliyada bir gün ərzində 683 nəfər koronavirusun qurbanı olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada bir sutka ərzində 683 ölüm faktının qeydə alınması ilə ölənlərin ümumi sayı 7503 nəfərə çatıb.

Ümumilikdə sağalanların sayı 9362 nəfərdir. Onlardam 1036 nəfəri isə son sutka ərzində qeydə alınanlardır.

Qeyd edək ki, bu ölkədə koronavirus xəstələrinin ümumi sayı 57521 nəfərdir.