!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmosda dünyasını dəyişən astronavtların AQİBƏTİ – Alimlərdən ŞOK AÇIQLAMA

!Reklam – Yazi

Dünyasını dəyişən astronavtlar kosmosda saxlanıla bilməz.

Yenicag.az xəbər verir ki, bu nəticəyə ABŞ-nin Beylor Kollecindəki Kosmik Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri gəliblər.
Onların araşdırması “Livescience” portalında dərc olunub.

Ölən astronavtları gəminin göyərtəsində yerə göndərmək olmaz, Çünki cəsəd mumiyalaşır və peyklərə və ya obyektlərə çırpılaraq onlara ciddi ziyan vura bilər.

Doktor Cimmy Vu izah edib ki, vakuumda insanın dərisindəki bütün mayelər anında buxarlanır və bədəndəki su donur.
Buna görə də kosmosda ölmüş bədən sərtləşib mumiyaya bənzəyəcək.
Bu halda peykin və ya gəminin ölmüş astronavtla toqquşması meteoritin korpusa dəyməsinə bərabərdir ki, bu da nasazlıqlara səbəb olacaq.

Bundan əlavə, cəsəd hansısa planet və ya asteroid tərəfindən cəlb oluna bilər.
Bundan sonra səma cisminin bioloji çirklənməsi baş verəcək.

Mütəxəssislər əmindirlər ki, ölən astronavt radiasiyanın təsiri altında tədricən toza çevriləcək, lakin bu, uzun illər çəkəcək.

Hazırda astronavtikada ölmüş kosmonavtı Yerə çatdırmaq üçün 72 saat saxlaya bilən xüsusi çantalar var.

Alim qeyd edib ki, söhbət uzunmüddətli uçuşlardan gedir. Məsələn, Marsa və ya digər planetə uçuş zamanı gəmidə ölü bir insanı buraxmaq mümkün deyil.
Əks halda cəsədin parçalanması prosesi səbəbindən ekipajın yoluxma riski var.

Mütəxəssisin fikrincə, ideal variant cəsədin Yer atmosferində yandırılmasıdır.
Lakin əgər gəmi artıq uzaq planetlərə yollanırsa, o zaman başqa variantları axtarmaq lazım gələcək.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv