!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kripto oğurluğu – Şimali Koreya milyardlarla bitkoini mənimsəməkdə İTTİHAM EDİLDİ

!Reklam – Yazi

Şimali Koreyanın dəstəklədiyi hakerlər 2022-ci ildə 1.7 milyard dollar bitkoin oğurlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Chainalysis” şirkəti məlumat yayıb.

Şirkət qeyd edib ki, hakerlər başqa istifadəçilərin kripto hesablarında olan məbləği öz hesablarına köçürürlər.

Ekspertlər bildirir ki, ağır sanksiyalarla üzləşən ölkə nüvə arsenalını maliyyələşdirmək üçün kripto oğurluğuna üz tutur. Eyni zamanda, Şimali Koreya kriptovalyuta ilə mənimsənilən pulları Çindəki brokerlər hesabına öz ölkəsinə gətirir.

Qeyd edək ki, bu, Şimali Koreyanın ilk oğurluğu deyil. Sözügedən ölkə vasitəsi ilə 2021-ci ildə də 429 milyon dollar dəyərində kriptovalyuta mənimsənilib.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv