Üç gənc oğlanın mübahisəsi qanlı bitib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbulunun Kadıköy bölgəsində dəhşətli qətl hadisəsi baş verib. Axşam saatlarında məhəllə sakinlərinin gözü qarşısında mübahisə edən gənclərdən M.D. cibindən bıçaq çıxararaq digərlərinə hücum çəkib. O, Tayfun Yüce adlı oğlanı kürəyindən bıçaqlayıb, qardaşı İbrahim Yücenin isə boğazını kəsib.
Vətəndaşlar dərhal təcili yardım və polis çağırıblar. Hadisə yerindən qaçan qatil 20 dəqiqə sonra yaxınlıqdakı barda tutulub.
25 yaşlı İbrahimin həyatını xilas etmək isə mümkün olmayıb.
Qeyd edək ki, gənclər arasında mübahisə borc üstündə yaranıb.