Canlılar öləndə "işıqları sönür": Alimlərdən maraqlı kəşf

media-hightechnic-468x90

Kanadanın Kelceri Universitetindən olan bir qrup alim bütün canlıların yaydığı zəif işıq – elmi dildə “ultra zəif foton emissiyası” (UPE) adlandırılan parıltının canlılıqla birbaşa bağlı olduğunu sübut ediblər.

Yenicag.az xəbər verir ki, “The Journal of Physical Chemistry Letters” elmi jurnalında dərc olunan tədqiqatda siçanlar üzərində aparılan müşahidələr nəticəsində canlı və ölü orqanizmlər arasında parıltı fərqi aydın şəkildə ortaya çıxıb.

Belə ki, canlı siçanlar daha güclü UPE yaydığı halda, ölü heyvanlarda bu işıq demək olar ki, tamamilə yoxa çıxıb.

Alimlərin fikrincə, bu parıltının mənbəyi metabolizmanın yan məhsulları olan reaktiv oksigen növləri – ROS molekullarıdır. ROS-lar oksidativ stress adlanan biokimyəvi prosesi stimullaşdırır və bununla da orqanizmdə işıq emissiyasını formalaşdırır.

Tədqiqat zamanı yalnız heyvanlar deyil, bitkilər də araşdırılıb. Məlum olub ki, bitkilərdə UPE səviyyəsi temperatur dəyişikliyi, zədələnmə və kimyəvi təsirlər zamanı dəyişir. Məsələn, yaralanmış bitkiyə benzokain kimi lokal anestezik maddə tətbiq edildikdə emissiya səviyyəsi daha da artır.

Elm adamları canlı orqanizmlərin parıltısını xüsusi kameralı sistemlərlə qaranlıq otaqlarda müşahidə ediblər. Hər iki siçan qrupu eyni bədən temperaturuna sahib olsa da (37°C), canlı heyvanlardan gələn işıq ölü olanlara nisbətən xeyli güclü olub.

Araşdırmanın müəllifləri bildirirlər ki, bu kəşf gələcəkdə invaziv olmayan diaqnostika metodlarının inkişafına təkan verə bilər. Beləliklə, UPE görüntüləmə metodu ilə canlı orqanizmlərdə həyat əlamətlərini və bitkilərdə stresə reaksiyanı əks etdirən dəqiq diaqnostikalar aparmaq mümkün olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600