Küləkli hava sabah da davam edəcək

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.

media-ziraat-728x90

Küləkli hava sabah da davam edəcək

media-hightechnic-468x90

img1820750Azərbaycanda küləkli hava davam edəcək.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600