Laricaninin qızı ABŞ-da işləyir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-da işləyir.
Yenicag.az xəbər verir ki, bu barədə Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru Conatan Şanzer məlumat yayıb.
O, F.Laricaninin Corciya ştatının Atlanta şəhərindəki Emori Universitetinin Vinşip Xərçəng İnstitutunda işə götürüldüyünü bildirib.
Conatan Şanzer universitetin bu məsələyə aydınlıq gətirməsini və belə bir şəxsin işə götürülməsi ilə bağlı izahat verməsini tələb edib.
Qeyd edək ki, ABŞ Əli Laricaniyə sanksiya tətbiq edib.












