Latviya və Estoniya ABŞ-nin Gürcüstanın hakim partiyasının fəxri prezidenti, oliqarx Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini alqışlayıb.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Estoniya və Latviya Xarici İşlər Nazirliklərinin rəhbərləri Marqus Tsaxkna və Bayba Brajenin birgə bəyanatında qeyd olunub.
Tsaxkna bildirib ki, İvanişvilinin “Gürcüstanda demokratik proseslərə zərbə vurmasının bədəlini ödəməyin” vaxtı çatıb.
“Estoniya Gürcüstanda qanuni etirazları yatıraraq insan hüquqlarını pozduğu üçün ona və daha 27 nəfərə qarşı sanksiyalar tətbiq edib. Biz digər ölkələrin də bu nümunəni izləməsindən məmnunuq”, – estoniyalı nazir əlavə edib.
Öz növbəsində Braje də vurğulayıb ki, ABŞ-nin “Gürcü arzusu” prezidentinə qarşı sanksiyalar tətbiq etməsi Gürcüstandakı siyasi böhranın həlli istiqamətində mühüm addımdır. Bundan əlavə, onların qeyd etdiklərinə görə, Litvanın Xarici İşlər naziri Kestutis Budris Avropa institutlarını və Aİ-yə üzv dövlətləri ABŞ-dan nümunə götürməyə və İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Xatırladaq ki, dekabrın 27-də ABŞ Maliyyə Nazirliyi Gürcüstanda hakimiyyətdə olan partiyanın fəxri prezidenti İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ABŞ-ın İvanişviliyə qarşı sanksiyaları heç nəyi dəyişmir və Gürcüstanın maraqlarını müdafiə etdiyinə görə onun üçün bu, mükafatdır.
www.yenicag.az