Lavrov Rubioya bu barədə məlumat verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Rusiya Silahlı Qüvvələrinin Kiyevdə yerləşən və Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyacları üçün istifadə olunan obyektlərə sistemli zərbələr endirməyə başladığını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə Sergey Lavrov rəsmi olaraq ABŞ tərəfinə məlumat verib ki, Kiyev rejiminin Rusiya ərazisindəki dinc əhaliyə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələri Kiyevdə yerləşən, USQ-nin ehtiyacları üçün istifadə olunan obyektlərə və müvafiq qərarların qəbul edildiyi mərkəzlərə sistemli və ardıcıl zərbələr endirməyə başlayır”, – qurumdan bildirilib.
Lavrov və Rubio Hörmüz boğazı ilə bağlı diplomatik təşəbbüslər və Kuba ətrafındakı vəziyyət barədə qarşılıqlı qiymətləndirmələr aparıblar.
Lavrov və Rubio məlum fikir ayrılıqlarına baxmayaraq, diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması istiqamətində səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər.













