Lavrovla Mirzoyan hansı məsələləri müzakirə edəcəklər?

media-hightechnic-468x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyan ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bi barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər”, – məlumatda deyilir.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.

“Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – məlumatda bildirilib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05