Lənkəranda 17 yaşlı qızı maşın vurub

media-hightechnic-468x90

jujiuLənkəranda yolu keçmək istəyən 17 yaşlı qızı yük maşını vurub.

Hadisə iyulun 15-də saat 12.20 radələrində şəhərin Şəhidlər Xiyabanı ərazisində baş verib.

Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Nigar Şahin qızı Məmmədzadə yolu keçmək istəyərkən, rayonun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Mübariz oğlu Tahirovun idarə etdiyi zibil daşıyan “KamAZ” markalı yük maşını tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Məmmədzadə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. İlkin versiyaya əsasən, hadisə yük maşınının yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Qeyd edək ki, zibil daşıyan “KamAZ” markalı yük maşını “Abadlıq” kombinatına məxsusdur.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600