Lənkəranda aynabəndli 6 otaqlı evdə yanğın

Lənkəranda yanğın olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, şəhərin Kənarmeşə kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın, aynabəndin və dam ortüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.