“Azpetrol” şirkəti də Ruslan Eyubova məxsusdur
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu bildirilir.
“Unikal”ın əldə etdiyi məlumata görə, ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi və 1 sıxılmış təbii qaz (CNG) terminalı daxil olan “Azpetrol” şirkəti də Ruslan Eyubova məxsusdur.
R. Eyubov Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyubovun qardaşı oğludur və uzun illər ərzində böyük həcmdə sərvət toplayıb.
Xatırladaq ki, “Azpetrol” şirkəti daha əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub.












