Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkəranda faciə: Ana və körpəsi doğuş zamanı öldü

Lənkəranda doğuş zamanı ana və körpə ölüb.

Yenicag.az-ın Cənub bürosu xəbər verir ki,Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu, E.Sadıqovanın üçüncü hamiləliyidir. Onun hazırda iki övladı var. Yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb. E.Sadıqova avqustun 2-də xəstəxanaya müraciət edib.

Lakin doğuş gecikdiyində görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Loading...

www.yenicag.az

3153
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100