Lənkəranda fərdi ev yanıb

media-hightechnic-468x90

ujijoppLənkəranda fərdi yaşayış evi yanaraq kül olub.

Hadisə iyulun 16-da saat 09.00 radələrində rayonun Osakücə kənd sakini, 1979-cu il təvəllüdlü Fərrux Balağa oğlu Nağıyevə məxsus birmərtəbəli, 3 otaqlı yaşayış evində qeydə alınıb. Yanğın baş verən zaman ev sahibləri işə getdiyindən hadisə barədə yaxın qonşular xəbər tutublar. Dərhal “101” xidmətinə zəng edildikdən sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kv.m olan ev içindəki məişət əşyaları ilə birlikdə yanaraq kül olub.

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600