!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda məktəb yanıb

!Reklam – Yazi

скачанные файлы (1)Bu gecə Lənkəranda yanğın hadisəsi baş verib.

Hadisə saat 01.30 radələrində rayonun Viyən kənd orta məktəbinin binasında qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğın söndürülməklə alov dalğasının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 1920 kv.m olan birmərtəbəli məktəbin bir otağı 40 kv.m, digər otağının tavan hissəsi 10 kv.m və dam örtüyü 10 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Yanğının nə səbəbdən qaynaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır(APA).

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv