90684_1wtijszwntHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni fotoları və videosu yayılıb.

Videoda L.Əliyeva yaradıcılığından, rəsmlərindən bəhs edir.

Oğlu Əli ilə kamera qarşısına keçən L.Əliyeva rəsmlərini sevgi ilə yaratdığını bildirib:

“Öz qəlbinin səsini dinləmək lazımdır. Rəsmlərimdə hər zaman simvollar olub. Məktəb vaxtlarımdan şəkil çəkirəm. Hər bir insan yaradıcıdır. Yaradıcılıq təkcə musiqi bəstələmək, rəsm çəkmək və şeir yazmaq deyil. Hansısa işi ürəyindən gəldiyi üçün edən insan yaradıcıdır.

Mənə həyat sevgisi ilham verir. Rəsm çəkmək üçün məkanın heç bir mənası yoxdur.

Rəsm çəkmək enerjimi alır. Şeir yazanda mən dincəlirəm, rəsm çəkəndə isə yoruluram.

Taleyə inanıram…

Rəsmlərimi satmağa heyfim gəlirdi. Onlar mənim emosiyalarım, həyatımdır. Amma onların satışından əldə olunan gəlir fillərin qorunmasına sərf ediləcək. Ona görə sevinirəm, bölüşmək gözəldir”.

Qeyd edək ki, L.Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var. O, bir müddət əvvəl Əminə adlı qız uşağını da övladlığa götürüb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."