!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lirənin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına TƏSİRİ: "Yerli istehlakçılara dəstək verilməlidir"

!Reklam – Yazi

“Əgər yerli istehlakçılara güzəştlər tətbiq etməsək, rəqabət baxımından türk istehlakçılarla yarışmaq çətin olacaq”.

Bu sözləri Türkiyənin milli valyutası olan lirənin sürətlə dəyərdən düşməsinin ticarət əməkdaşlığı olan Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, lirənin ucuzlaşması yerli istehlakçıların rəqabət mühitinə ciddi təsir edir:

“Türkiyənin xarici ticarətində kəskin kəsir mövcuddur. Yəni, idxal ixracı xeyli dərəcədə üstələyir və bu tendensiya lirənin sabitliyinə öz təsirini göstərir. Eyni zamanda Türkiyədə kapital hərəkətinin kifayət qədər effektiv şəkildə idarə olunmaması problem yaradır. Belə ki, ölkədən kapitalın sürətlə çıxarılması Türkiyə iqtisadiyyatına mənfi təsir göstərir. Əgər kapital hərəkəti ilə bağlı məsələ öz həllini tapmasa, lirənin daha da ucuzlaşması davam edəcək və mövcud problemlər daha da dərinləşəcək. Türkiyə iqtisadiyyatının canlanması üçün investisiya artımına böyük ehtiyac var. Türkiyə prezidenti Ərdoğan kapital və investisiya istiqamətlərini unutmamalıdır.

Lirənin ucuzlaşmasının ölkəmizə əsas təsirləri mənfidir. Çünki lirənin dəyərdən düşməsi Türkiyə istehlakçıları üçün dayanıqlı valyutaya malik xarici bazarlarda imkanları artırır. Əgər yerli istehlakçılara güzəştlər tətbiq etməsək, rəqabət baxımından türk istehlakçılarla yarışmaq çətin olacaq. Lirənin ucuzlaşması türk istehlakçıları və ixracatçıları üçün münbit şərait yaradır. Lirə ilə onlayn alış-veriş edən insanlar isə müəyyən iqtisadi faydalar əldə edə bilərlər. Azərbaycandakı qeyri-neft sektoru baxımından xarici ticarət tərəfdaşlarının milli valyutasının ucuzlaşması ölkə iqtisadiyyatı üçün bir çağırışdır. Əgər yerli istehlakçıların investisiya dəstəyi təmin olunarsa, iqtisadi problemlə üzləşməyəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv