!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lotu Qulinin öldürüldüyü otelin daha bir səhmdarı üzə çıxdı - İcra başçısı Əziz Əzizovun yaxın adamı necə “rus biznesmen” oldu?

!Reklam – Yazi

Oğru dünyasında kifayət qədər nüfuza malik olan Lotu Qulinin (Nadir Səlifov-red.) öldürülməsi isə bir çox maraqlı məqamları ortaya çıxardıb. Onlardan biri də Lotu Qulinin öldürüldüyü Antalya şəhərində yerləşən “Alva Donna” adlı məşhur oteli ilə bağlıdır.

Adı çəkilən otelllə bağlı aparılan ilkin araşdırmada məlum olub. Otel azərbaycanlı məmurlara məxsusdur və kriminal avtoritet orada tez-tez istirahət edib.

“Alva Donna” oteli ilə bağlı saytımızın apardığı kiçik araşıdırmada isə bəzi maraqlı məqamlar ortaya çıxıb. Belə ki, vaxtı ilə Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna” otel şəbəkəsi 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Türkiyə mətbuatı “Alva Donna” otelinin yeni sahiblərini rus iş adamları olaraq təqdim ediblər. Ancaq reallıqda bu iş adamları ruslar yox azərbaycanlılar olublar.

Belə ki, “Alva Donna” otelinin hissədarlarından biri hazırda Suraxanı rayon icra başçısı işləyən Əziz Əzizovun yaxın adamı olan Seyran Həsənovdur.

Əziz Əzizovun əmri ilə Seyran Həsənov 2018-ci il iyun ayında Yasamal rayon təsərrüfat şöbəsinin müdiri təyin edilib. 8 iyun 2020-ci il tarixində isə yeni başçı Elşad Həsənov tərəfindən işdən çıxarılıb.

Saytımıza verilən məlumata görə Seyran Həsənov hazırda Əziz Əzizovun ən yaxın adamı olaraq Suraxanı rayonunda tikinti, torpaq işlərinə nəzarət etdiyi deyilir. Yəni, otelin sahiblərindən biri məhz Əziz Əzizov olduğu ehtimal olunur. Maraqlıdır ki, Bakıda da Böyük tikinti maqnatlarından olan Əziz Əzizovun Antalyada otel biznesinə girişməsi ölkədəki sərmayəsini kənara çıxarmaq məqsədi daşıyıb, yoxsa işin içində başqa işlər var?

Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.

www.yenicag.az

28401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv