Lukaşenko onu “diktator” adlandıranlara CAVAB VERDİ

media-hightechnic-468x90

Lukaşenko xaricdə diktator adlandırılmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik.Belarus” məlumat yayıb. Bildirilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko xaricdə tez-tez diktator adlandırılmasına sakit reaksiya verib.

Lukaşenkonun sözlərinə görə, vacib olan odur ki, ölkə xalqın sərvətini, öz doğma torpağında suverenliyi, təhlükəsizliyi və əmin-amanlığı qoruyub saxlayıb.

Belarus prezidenti belə bir bəyanatla Belarus Konstitusiyasının 30 illiyinə həsr olunmuş iclasda çıxış edib.

“Bütün bu müddət ərzində kordonun arxasında yalnız tənbəllər Lukaşenkonu diktator və avtoritar prezident adlandırmayıb.

Yaxşı, necə istəyirlər çağırsınlar. Əsas odur ki, bunun nəticəsində əldə etdiyimiz şeylər var: israf edilməmiş milli sərvət, qorunan suverenlik, doğma yurdumuzda təhlükəsizlik və əmin-amanlıq, vətəndaşlarımızın rifah halının yüksəlməsi. İnsanlar üçün dinc, sakit və hüzur dolu həyat”, – Lukaşenko bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600