Lukaşenko və Putin arasında telefon danışığı baş tutub
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyi xəbər yayıb.
Bildirilib ki, tərəflər iqtisadi əməkdaşlıq və müdafiə sahəsində tərəfdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Liderlər iki ölkə arasındakı strateji əlaqələrin cari vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.












