Luvr muzeyinə dəyən zərər açıqlandı

media-hightechnic-468x90

Paris prokuroru Lor Bekkonun RTL radiosuna verdiyi açıqlamaya görə, Luvr muzeyində baş vermiş zinət əşyalarının oğurlanması nəticəsində muzeyə 88 milyon avro dəyərində zərər dəyib. Lakin prokuror vurğulayıb ki, dəymiş tarixi zərərin miqyası isə ölçüyəgəlməzdir.

Yenicag.az xəbər verir ki, Luvr muzeyinin Apollon qalereyasında qarətdə oğrular İmperatrisa Evgeniyaya aid təqribən 2000 brilliantla bəzədilmiş diadem, Kraliça Mari-Ameliyanın sapfir boyunbağısı və III Napaleonun anasına məxsus qiymətli bəzək əşyaları da daxil olmaqla Fransa tacının səkkiz qiymətli daş-qaş əşyasını oğurlayıblar.

Prokurorun sözlərinə görə, hadisə yerində dörd nəfərin olduğu təsdiqlənib. Onların ətrafında bu oğurluğu həyata keçirməkdə kömək edən daha geniş bir qrupun ola biləcəyi istisna edilmir.

Hazırda polis oğurluqda şübhəli bilinən şəxsləri axtarır.

Paris prokuroru bildirib ki, oğurlanan zinət əşyalarının yalnız maddi yox, tarixi və mədəni əhəmiyyəti də böyükdür, Hadisə bəşəriyyətin ortaq irsinə bərpası mümkün olmayan zərbə vurur./Azərtac/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa