!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sülhə alternativ görmür" - Marton Nad

!Reklam – Yazi

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, sülhə və danışıqlara alternativ görmür”.

Yenicag.az xəbər verir ki, bunu Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad martın 5-də Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Marton Nad Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.

 

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv