Mahaçqalada leysan yağışları nəticəsində 3 700-dən çox ev su altında qalıb

media-hightechnic-468x90

Davamlı yağışlardan sonra Mahaçqalada 170-dən çox küçə və 3 700-dən çox ev su altında qalıb.

media-banner_tuq

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Cambulat Salavov öz Telegram kanalında məlumat verib.

“Martın 27–29-da yağan güclü yağışlar nəticəsində zərər çəkmiş vətəndaşların yaşayış sahələrinin və əmlakının yoxlanılması üzrə komissiyanın geniş iclasını keçirdim… Aprelin 2-nə olan məlumata görə, şəhərin 173-dən çox küçəsi, 3 755 yaşayış evi və eyni sayda həyətyanı sahəni su basıb”, – Salavov yazıb.

Onun sözlərinə görə, əhalidən 2 300-dən çox müraciət qəbul edilib. Mer zərərçəkənlərə yardım üçün dəqiq alqoritmlərin hazırlandığını qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05