!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun erməni SEVDASI: "Fransa nümayəndə heyətini sərhədə buraxmaq olmaz" - ŞƏRH

!Reklam – Yazi

“Fransa öz mövqeyini dəyişməsə, onların nümayəndə heyətini sərhədə buraxmaq da olmaz”.

Bunu Ermənistanda elan edilməmiş səfərbərliyin başlaması, ehtiyatdan hərbçilərin təlimlərə cəlb olunması və müharibə ehtimalının gündəmə gəlməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, əgər erməni tərəfi yenidən sərhəddə təxribata əl atsa, legitim hədəflərin hamısı vurulmalıdır:

“Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqının (Aİ) rəhbəri Şarl Mişelin iştirakı ilə 4 tərəfli görüş baş tutdu. Bu görüşdə razılıq əldə olundu ki, iki ay müddətinə Fransadan komissiya sərhədə gəlib vəziyyətlə tanış olsun. Ermənistanda qismən hazırlıq gedir. Son vaxtlar ehtiyatda olanları ordu sıralarına çağırırlar. Hətta qadınlara da təlimlər keçirlər. Makron sonuncu çıxışında Azərbaycana qarşı sərsəm açıqlamalar verdi. Makron ermənilərə açıq dəstək olduğunu dilə gətirdi.

Ermənistan həm Rusiyanın təsir dairəsindən çıxmaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini də qaldırıb. Erməni tərəfi Fransanın dəstəyini hiss edərək son vaxtlar dövlət sərhədində atəşkəsi tez-tez pozur. Makron hətta Rusiyanı açıq-aşkar ittiham etdi ki, Rusiya istəsəydi uzun illərdir münaqişə bitərdi, ancaq buna nail olunmayıb. Əslində, Makronun bu çıxışı özünü şirin satmaq cəhdidir. Məsələ ondadır ki, bölgədə marağı olan heç kəs tərəfsiz deyil.

Hesab edirəm ki, Fransa öz mövqeyini dəyişməsə, onların nümayəndə heyətini sərhədə buraxmaq da olmaz. Razılıq əldə olunandan sonra Makron son bəyanatındakı kimi danışa bilirsə, gələcəkdə hansı fikirlər önə ata bilər, bunu düşünmək lazımdır.

Azərbaycan ordusu hazır vəziyyətdədir. Ancaq hər şeyə daha da hazır olmaq lazımdır. Kəşfiyyat fəaliyyəti gücləndirilməlidir. Əgər onlar hər hansısa bir hərəkət edəcəklərsə də, hərbi hədəflər məhv edilməlidir.

Azərbaycan tərəfi Fransa səfirini XİN-ə dəvət edib onlara nota verməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

945
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv