!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun istefası GÜNDƏMDƏ: “Fransada daxili gərginlik artacaq” - Parisdə konfrontasiya dərinləşir

!Reklam – Yazi

“Fransa prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkilərdə böyük məğlubiyyət alacağı gözlənilən idi. Çünki bütün Qərbi Avropada, Fransa da daxil olmaqla, çox böyük bir radikal sağın yüksəliş dövrü yaşanır və Qərbdəki bütün seçkilərdə radikal sağ ciddi mövqelər əldə edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Siyasi təhlilçi Fransada keçirilən növbədənkənar parlament seçkiləri fonunda Emmanuel Makronun müxalifətə məğlubiyyətinin pərdəarxası məqamlarından söz açıb.

T. İsmayılov əlavə edib ki, son dövrlərdə Marin Le Penin rəhbərlik etdiyi qrupun ciddi şəkildə Fransa cəmiyyətində mövqeləri artmış, reytinqləri yüksəlmişdi:

“Bütün bunlar da onu deməyə əsas verirdi ki, çox yaxın müddət ərzində ölkədə keçiriləcək seçkilərdə o, böyük qələbə qazanacaq. Hər halda, birinci turda əldə edilən bu nəticələr ikinci turda yenidən Le Penin böyük üstünlüklər qazanacağını söyləməyimizə əsas verir”.

Mütəxəssisin qənaətinə görə, parlamentdə çoxluğu itirəndən sonra Emmanuel Makronun prezident kimi istefası məsələsi də gündəmə gələ bilər:

“Çünki artıq o qərarların qəbulunda dəstək tapa bilməyəcək ki, bu da nəticədə onun qanunverici orqanda istənilən bir məsələdə fikirlərinin və təşəbbüslərinin qarşısının alınmağı demək olacaq. Hesab edirəm ki, bütün bu hadisələr fonunda Fransadakı daxili gərginlik də artacaq”.

“Artıq seçkinin birinci turundan sonra Fransa küçələrində baş verən etiraz aksiyalarında da biz bunun açıq aydın nümayiş edildiyini görürük və hazırda Parisdə konfrontasiya get-gedə dərinləşir. Hər halda, bu seçki nəticələri bütövlükdə Qərbi Avropada çox ciddi formada artıq radikal milliyyətçiliyin trend halına gəldiyini və bu trendləşmə prosesinin bundan sonra da sürətli formada davam edəcəyini göstərir”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv