Mark Rütte Vaşinqtona səfər edəcək

media-hightechnic-468x90

NATO-nun Baş katibi Mark Rütte aprelin 8-dən 12-dək ABŞ-nin paytaxtı Vaşinqtona səfər etməyi planlaşdırır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə alyansın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mark Rütte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşlər keçirəcək.

Qeyd olunub ki, aprelin 9-da baş katib əsas nitqlə çıxış edəcək, həmçinin Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə iştirak edəcək.

Bildirilib ki, aprelin 10-dan 12-dək Mark Rütte Bilderberq Klubunun iclasında iştirak edəcək./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05