Masallıda meşədə yanğın - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxnlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600