!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maskın iti kriptovalyutaçılara ilham verdi

!Reklam – Yazi

Təxminən 3 aya yaxındır kripto bazarlarında qeyri-sabitlik yaşansa da, qlobal iqtisadi proseslərə reaksiya verən sahibkarlar yeni layihələri açıqlamaqdan çəkinmirlər.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bu kontekstdə sahibkarlar “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın sosial mediadakı paylaşımından ilhamlanaraq yeni layihə təqdim ediblər.

Belə ki, ilk kriptovalyutanın yaradıcısı Satoşi Nakamoto “Dogecoin”in növbəti saxta CEO-nun kim olacağına qərar verdim. Tezliklə elan edəcəm” sözlərini paylaşıb.

İlon Mask isə bu yazıya: “Bəs mənim itim Floki? O, əla baş direktor olardı!” – deyə cavab verib.

Kriptovalyutalar haqqında tez-tez paylaşımlar edən İlon Maskın bu paylaşımından sonra antiinflyasiya sistemi təklif edən “Doge Floki” adlı yeni altkoin yaradılıb.

“Doge Floki Coin”in marketinq direktoru Elvis Cain bildirib ki, “Doge Floki” investoru öz tokenlərini saxlamağa və mükafatlardan həzz almağa təşviq edən bir ekosistem yaradır.

Gülşən

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv