Bu gün “Starlab” Tibb Mərkəzində Azərbaycan Milli Mətbuatının 141 illiyinə həsr olunmuş tədbir keçirilib.
YENİCAG.AZ-ın məlumatına görə, Tədbirdə ölkənin müxtəlif kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə klinikanın direktoru Şükürəli Cəfərov açaraq Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib. Azərbaycan mediasının uzun şərəfli tarix yolu keçdiyini deyən Ş.Cəfərov ölkədə söz azadlığının yüksək səviyyədə təmin edildiyini deyib.
Daha sonra “Starlab” Tibb Mərkəzinin PR meneceri Fərqanə Qasımova çıxış edərək tədbirin məqsədinin media ilə Tibb Mərkəzi arasında sağlam əlaqənin yaradılmasına çalışmaq olduğunu bildirib. Klinikanın çoxşaxəli fəaliyyətindən danışan F.Qasımova vətəndaşlara peşəkar həkim personalının xidmət etdiyini vurğulayıb. Daha sonra klinika adından media nümayəndələrinə hədiyyələr təqdim olunub.
Sonda jurnalistlər Tibb Mərkəzilə tanış olublar.
www.yenicag.az