!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məkkədə baş vermiş faciədə 2 Türkiyə vətəndaşı ölüb

!Reklam – Yazi

42b41c2527ebecac7888859c474b39a5Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müqəddəs Kəbədə baş vermiş faciə zamanı ölən və yaralananlar arasında Türkiyə vətəndaşları da var.

Türkiyə hökuməti yanında dini işlər idarəsinin (Diyanet İşleri Başkanlığı) rəhbəri Mehmet Görməz olay zamanı 2 türkiyəli zəvvarın öldüyünü, 19 zəvvarın isə yaralandığını açıqlayıb. O, yaralıların durumunun qənaətbəxş olduğunu bildirib. Ölənlər İstanbuldan gedən Abdulkadir Gökmən və Trabzondan gedən Erol Karaağaclı adlı şəxslərdir.

Qeyd edək ki, Türkiyədən Həcc ziyarətində 65 min nəfər iştirak edir. Faciədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz Əl Səud ilə telefon əlaqəsi saxlayıb.

Xatırladaq ki, sentyabrın 11-də Kəbədəki məscidin genişləndirilməsi işlərində istifadə olunan 50-55 metr uzunluğundakı kran aşıb. Nəticədə 107 nəfər ölüb, 238-i yaralanıb. Hadisə Həcc ziyarəti üçün yüz minlərlə müsəlmanın Məkkəyə gəldiyi zamanda baş verib.

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv