Məktəb binasında dəhşətli yanğın – Məktəb ləvazimatları kül oldu

Tovuzda məktəb binasında yanğın olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.