Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyanın həcmi AÇIQLANDI
Bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb.
Yenicag.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
“5 milyard dollar kapital repatriasiyası həyata keçirilib. Ölkədən xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya yatırılıb. Azərbaycandan ən çox yatırım İsrail iqtisadiyyatına yönəldilib ki, (542,6 milyon dollar) bu da “Tamar” layihəsi ilə bağlıdır”, – o vurğulayıb.












