7 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı KEÇİRİLDİ – VİDEO/FOTO

media-hightechnic-468x90
Mayın 6-da Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.
Yenicag.az xəbər verir ki,festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev,  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva, 7 saylı orta məktəbin direktoru Könül Təhməzova və digər qonaqlar iştirak ediblər.
Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən  Nərminə Hüseynova Ulu öndər Heydər Əliyevin idmana qayğısından danışıb.
Daha sonra məktəbin direktoru Könül Təhməzova bildirib ki, Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir.
Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.
Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, 7 nömrəli  məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600