Yeni texnoloji SIÇRAYIŞ: Toxunuş hissinə sahib robot istehsal edildi - FOTO

media-hightechnic-468x90

“Amazon” “Project Vulcan” adlı yeni robot sistemini təqdim edib. Toxunma qabiliyyətinə malik bu robot tutduğu əşyaları hiss edir və onları təhlükəsiz şəkildə yerindən götürə bilir.media-indirYenicag.az-ın məlumatına görə, şirkət bildirir ki, “Vulcan” artıq müxtəlif robotlarla birlikdə anbarlarda çeşidləmə və qablaşdırma işlərində istifadə olunur və milyonlarla məhsulun dörddə üçünü daşıya bilir.media-about-amazon-feature-inline016-aa-vulcan-amazon-msb-1270301mod-copy-9146x5145

“Amazon” süni intellekt direktoru Eyron Parnes “Vulcan”ın insanlarla birlikdə işlədiyini və bu əməkdaşlığın daha səmərəli nəticə verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu texnologiya robotlar üçün əvvəllər mümkünsüz olan funksiyaları həyata keçirməyə imkan verir.media-about-amazon-inline-inline006-aa-vulcan-amazon-ham2-still-8-copy-3453x1942

“Amazon” bu sistemin əməliyyatlarda səmərəliliyi artırmaq və fiziki olaraq çətin işləri azaltmaq məqsədi daşıdığını qeyd edib. Şirkət həmçinin bildirir ki, yeni robotlar iş yerlərini əvəz etmir, əksinə yüzlərlə yeni vəzifə yaradaraq işçilərə robotik sahədə təlim imkanları təqdim edir.media-about-amazon-inline-inline002-aa-vulcan-amazon-geg1-still-16-copy-3411x1919

“Vulcan”ın qarşıdakı illərdə ABŞ və Avropadakı müəssisələrdə geniş istifadəyə veriləcəyi gözlənilir.media-about-amazon-feature-inline012-aa-vulcan-amazon-ber22-still-7-copy-3602x2026

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600