Su Ehtiyatları Agentliyi məsuliyyəti boynundan atdı: Subasmaya görə hansı qurum günahkardır?

media-hightechnic-468x90

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, buna görə də sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su ərazidə yığılır. Belə hallarda drenaj sistemi qurulmayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir.

“Buna baxmayaraq, bu gün xidmətin texnikaları qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün cəlb edilib, 80 kubmetrdən çox su ərazidən təmizlənib”, – deyə qurumun yaydığı məlumatda bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600