Məmmədyarovdan növbəti qələbə

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində VIII turun görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.

Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Tata Steel Chess”də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600