Məşhur aktrisa vəfat etdi – FOTOLAR

Türkiyəli aktrisa Yıldız Kenter dünyasını dəyişib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa Yıldız Kenter 92 yaşında vəfat edib. Onun uzun müddətdir ağciyərindəki xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, o, tanınmış diplomat Ahmet Naci Kenterin qızı idi.