!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ekranlara “yük” olan YERLİ SERİALLAR: “Ayda 2-3 minə villa kiraləyib...”

!Reklam – Yazi

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da kino sahəsinin inkişafı birbaşa maliyyəyə bağlıdır”.

Bu fikirləri yerli seriallarla bağlı səslənən tənqidi fikirlərə münasibət bildirən ssenarist Reyhan İsayeva Yenicag.az-a açıqlamasında deyib.

O, yerli serialların digər ölkələrin analoji məhsullarına uduzmasının səbəblərini bir sıra amillərlə əlaqələndirib:

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da kino sahəsinin inkişafı birbaşa maliyyəyə bağlıdır. Bu, istər film, istər serial, ümumilikdə bütün audiovizual sahəyə aiddir. Gözəl bir reklam çəkilişi üçün də pul lazımdır, keyfiyyətli bir serial, film üçün də.

Bir kadrda min nəfər, yaxud da iki nəfər aktyor görünəcəksə, bunların maliyyəsini hesablasaq, fərqi görəcəksiniz. Hər hansı bir pavilyon qurulmasını hələ demirəm. Bizdə ayda 2-3 minə villa kirayələyib serial çəkilir. Elə bunları nəzərə alıb müqayisə aparsaq, bir nəticəyə gəlmək olar.

Film, serial istehsalı üçün həm maliyyə, həm də vaxt lazımdır. Ssenarinin yazılması da uzun bir prosesdir. Buna görə də düşünürəm ki, Azərbaycanda film, serial sektorunun Türkiyəyə uduzmasının bir səbəbi də bununla bağlıdır.

Ümumiyyətlə, belə bir müqayisəni düzgün də hesab etmirəm. Türkiyənin film, serial sektoru kifayət qədər inkişaf edib. Biz hələ o səviyyədə deyilik. Özümüzü hələ ki ətrafımızda olan kiçik ölkələrlə müqayisə edə bilərik. Amma Türkiyə, Rusiya, digər böyük ölkələrin film, serial sektoru ilə müqayisə aparmağı absurd hesab edirəm. Hollivudu isə heç demirəm”.

Cəvahir

COP29

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv