Türkiyənin məşhur filosofu Hakan Mengüç Azərbaycana gəlib.
Yenicag.az xəbər verir ki, filosofun Azərbaycanın paytaxtı Bakı şəhərində seminarı təşkil olunacaq.
Tanınmış filosof Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Bakıya gəlib.
Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) birgə təşkilatçılığı ilə keçirilən seminar 26 may saat 18:00 da Nizami Kino Mərkəzində keçiriləcək.
Seminarın əsas mövzusu “Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi”dir.
Qeyd edək ki, tədbirə giriş dəvətnamə ilə həyata keçiriləcək. Ödənişsizdir.
Qeyd: Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.