Bir müddət öncə xəbər verdiyimiz kimi Türkiyənin məşhur mafiya lideri tutulmuşdu.
Mütəşəkkil cinayət dəstəsinin başçısı Sədat Şahin 14 gün davam edən istintaqın ardından məhkəmə zalında həbs olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, mafiya lideri 17 may tarixində İstanbul Təhlükəsizlik Müdirliyi mütəşəkkil cinayətlə mübarizə Şöbə Müdirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beykozdakı villasında iki adamı ilə birgə tutulmuşdu.
Sedatın həbsinin ardından onun evinə baxış zamanı 10 ədəd “Kalaşnikov” avtomatı, bir ədəd M4 tipli tüfəng, 1 Thomson tipli silah, 19 tapança, 4 əl bombası və 3 bin 900 ədəd mərmi aşkarlanaraq götürülüb.