Dilan-Engin Polat cütlüyünün aylıq gəliri AÇIQLANDI

media-hightechnic-468x90

Bir sıra cinayətlərdə şübhəli bilinərək gözaltına alınan Dilan-Engin Polat cütlüyünün istintaqa ifadələri yayılıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, vergi qanunvericiliyinin pozulması, futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi cinayətlərinə görə saxlanılan Türkiyənin məşhur cütlüyünün dindirilmə prosesi yekunlaşıb.

Dilan Polatın ifadə əsnasında ağladığı bildirilir. O, “mən sadəcə, reklam simasıyam”, – deyərək polisin ona ünvanladığı sualları “Şirkətlərin vəsait işləri ilə ərim və mühasibatlıq məşğul olurdu” formasında cavablandırıb.

Artıq 4 gündür gözaltına alınan Engin Polat ondan saxlanılmadan öncə yaşadığı ünvanı dəyişdirməsinin səbəbini sorusulduqda, iş adamı uşaqlarının məktəbinə görə bu addımı atdığını bildirib.

İstintaqda sözügedən cütlüyün aylıq gəlirlərinin 150-200 min TL (təqribən 12 min AZN) olduğu müəyyənləşib.

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600