Məşhur model İŞİD-ə qatıldı-Fotolar
Avstraliyada professional model olaraq fəaliyyət göstərən Sharmy Jama adlı kişi model kariyerasını buraxaraq, İŞİD terror qruplaşmasına qoşulub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, model Avstraliyanın Melburn şəhərində çalışırdı. Kariyerasında isə daha yeni uğurlar əldə etmişdi.
Jama facebook hesabında İraqın əl-Fəllucə şəhərinə aid fotolar paylaşıb. Artıq bir ildir ki, model İŞİD terror şəbəkəsinin tərkibindədir. Bildirilir ki, sözügedən terror şəbəkəsinə yaxın dostu Yusif vasitəsilə qoşulub.
Xatırladaq ki, bu günə qədər Avstraliyadan 70 nəfərə yaxın insan İraq və Suriyaya, İŞİD sıralarına qoşulmaq üçün gedib. Sidneydən İŞİD-ə qatılan bir gənc isə video çəkilişlərini həyata keçirdiyi bildirilir. Onun həyatından məmnun olduğu və burada şəhid olmaq istədiyi də vurğulanıb.