“Mətbəə mafiyası” Mikayıl Cabbarovu bitirmək istəyir- Özəl
Gələn ayın 19-da Mikayıl Cabbarovun təhsil naziri olmasının bir ili tamam olur. Bu bir il içərisində illərdən bəri şəbəkələşən təhsil mafiyası yeni nazirə ciddi müqavimət göstərdi. Nazirin bəzi hallarda geri çəkilməsi ilə müşahidə edilən bu bir ildə nazirliyin əsas biznes rıçaqları da tədricən yeni nazirin əlinə keçməyə başladı.
Heç şübhəsiz ki, bu rıçaqlardan ən önəmlilərindən biri kitab çapıdır. Hər il milyonlarla manatın silindiyi bu sahə sektorun “divləri” arasında bölüşdürülüb. Yəni, bu sahə üzrə biznes quran müxtəlif məmurlar Təhsil Nazirliyinin sifarişlərini öz aralarında bölüşdürərək, milyonlarla vəsaiti “həzm rabedən keçirirdilər”.
Lakin Mikayıl Cabbarov bu oyunu pozub. Həmin yüksək vəzifəli şəxslərin mətbəələrinin bir neçəsinə heç sifariş verməyən, bəzilərinə isə əvvəlki illərdən daha az sifariş verdirən nazir bütün oxları öz üzərinə çəkib.
Hazırda əksər yüksək vəzifə sahiblərinin nazirlə bağlı xırda detalı belə prezidentə çatdırdıqları vurğulanır.