!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurası 15 illik yubileyini qeyd etdi - FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd olunub.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Bakının dəbdəbəli restoranlarının birində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlara Mətbuat Şurasının 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Ardınca tədbiri çıxış sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov şuranın son 15 ildə Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynadığını bildirib. Amaşov qeyd edib ki, Azərbaycan dövləti daima Mətbuat Şurasına dəstək verib. Mətbuat Şurasının 15 il əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatı tərəfindən təsis edildiyini xatırladan sədr, indiyədək şuraya 12 mindən çox şikayətin daxil olduğunu və bunun hamısının araşdırılıb, lazımı qiymət verildiyini bildirib.

Əli Həsənov isə çıxışında Mətbuat Şurasının önəmindən danışıb. O, şuranın 15 illik fəaliyyətini yüksək qiymətləndirib: “Bir neçə gün əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Prezident İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilib. Məktubda Azərbaycan cəmiyyətində media-dövlət, media-vətəndaş münasibətlərinin formalaşmasında, media mənsubları ilə ayrı-ayrı subyektlər arasındakı münasibətlərin sivil normalarının bərqərar olmasında Mətbuat Şurasının rolu qeyd edilib. Ötən müddətdə mətbuatın özünütənzimləmə mexanizminin, o cümlədən jurnalistlərin əxlaq kodeksinin yaradılması və media nümayəndələri arasında təbliği işində Mətbuat Şurasının fəaliyyətinə yüksək qiymət verilib. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi”.

Professor Şirməmməd Hüseynov da çıxışında Azərbaycan mətbuatının tarixindən danışıb. Ölkəmizdə mətbuata xüsusi dövlət qayğısının olduğunu deyən Ş.Hüseynov məhz həmin qayğının nəticəsində bu sahədə xeyli nailiyyətlərin qazanıldığını vurğulayıb.

Daha sonra Azərbaycan jurnalistikasında xüsusi xidmətləri olan bir qrup şəxsə ali media mükafatı təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

www.yenicag.az

1534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv