Almaniyanın paytaxtı Berlində qadına təpik vuraraq pilləkənlərdən yıxan şəxs saxlanılıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Berlin metrosunda baş verən və sosial şəbəkələrdə paylaşılaraq siyasi qalmaqala səbəb olan hadisənin günahkarı tapılıb.
İki gün öncə qadına qarşı əsassız yerə şiddət tətbiq edən şəxsin 27 yaşlı bolqarıstan vətəndaşına həbs əmri verildi. İstintaq işi digər hadisə iştirakçılarına qarşı aparılır.
Video görüntüdən görünür ki, içkili vəziyyətdə olan şəxs pilləkənləri düşən 26 yaşlı qadını təpiklə vuraraq yıxıb. Bir neçə metr məsafədən yıxılan qadının qolu sınıb və çox sayda zədələr alıb. Cinayətkar heç nə olmamış kimi dostları ilə birlikdə sakit şəkildə hadisə yerindən uzaqlaşıb.
https://www.youtube.com/watch?v=KmTNRXelR28
Qeyd edək ki, sözügedən hadisə dekabrın 9-da baş verib.
Yenicag.az
www.yenicag.az