Mikroavtobus qəzaya düşdü - 13 nəfər yaralandı / FOTO

media-hightechnic-468x90

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Yenicag.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600