Milli Məclisdən Koronavirusla Mübarizə Fonduna ianə ilə bağlı AÇIQLAMA

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəməsi ilə bağlı mətbuatda yayılan məlumat tamamilə yanlışdır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: “Bütün deputatlar və Milli Məclisin Aparat işçiləri fonda 250 min manatdan artıq vəsait köçürüb. Bu məsələni Milli Məclisin sədri Sahibə Qafarova parlamentin son iclasında da qeyd etdi və ictimaiyyətə açıqladı ki, Milli Məclisin deputatları və əməkdaşları fonda ümumilikdə 250 min manatdan artıq vəsait köçürüb:

“Əgər lazım gəlsə, siyahı var və biz onu mətbuata, ictimaiyyətə açıqlaya bilərik”.